IPB

Здравствуйте, гость ( Вход | Регистрация )

> Произведения Самеда Сафарова., Пользователя WN.
WhiTe_KniGhT
сообщение 26.06.2005, 20:07
Сообщение #1


Новичок


Группа: Пользователи
Сообщений: 8
Регистрация: 17.06.2005
Из: Baku
Пользователь №: 192



Salam. Gordum ki, artiq bir nefer sizi oz yaradiciligi ile tanish edib. Odur ki, qerara geldim ki, men de burada nese yerleshdirim. Duzdur, hekayelerim Azerbaycan dilindedir, forum ise rus dilindedir. Amma yeqin ki, dilimizi bilenler yazdiqlarimi basha dushecekler.
Inshallah, Moskvaya gelenden sonra hekayelerimi rus diline tercume edib, sizlere yeniden teqdim ederem.


--------------------
Poka ya v Baku, ya budu pisat na azerb. yazike, a kogda budu v Moskve, togda na ruskim yazike.
Пользователь в офлайнеКарточка пользователяОтправить личное сообщение
Вернуться в начало страницы
+Ответить с цитированием данного сообщения
 
Ответить в эту темуОткрыть новую тему
Ответов
S.S
сообщение 19.06.2006, 11:53
Сообщение #2


Знаток
**

Группа: Пользователи
Сообщений: 198
Регистрация: 11.11.2005
Пользователь №: 661



İnşa mövzuları Azerbaycanda ve xaricde


İyunun 18-de "525-ci qezet"de çap olunmuşdur.


Orta mekteblerimizdeki inşa mövzuları, onların şagirdler terefinden ne derecede menimsenilib yazılması, ümumiyyetle, bu inşaların yeniyetmelerin tefekkürüne, eqli inkişafına nece tesir göstermesi bu gün çox azlarını narahat edir. Elbette, ölkede yeterince daha vacib meselelerin mövcudluğunu nezere alaraq, bu kimi xırda şeylerin müzakireye çıxarılmasını faydasız bir meşğuliyyet kimi qebul ede bilerik. Lakin problemin kiçikliyine baxmayaraq, onun ictimai heyata ilk addımlarını atan mekteblilerin dünyagörüşü ve intellektual seviyyesinin formalaşmasında ehemiyyetli rolu vardır.

Söhbete keçmezden evvel, Azerbaycan şagirdinin yoxlama inşa yazmaq metodlarından danışmaq isterdim. İnşalar, adeten, ya hansısa konkret mövzu, ya da son edebiyyat derslerinde keçirilen müeyyen edebi eserin tehlili ile bağlı olur. Müellimler her zamankı kimi köçürmeye icaze vermeyeceklerini evvelceden qeti suretde beyan edirler. Şagirdlerinse tapşırığı yerine yetirmeleri müxtelif üsullarla heyata keçirilir: kimisi valideynlerine yazdırır, tanışlarından tapır, kimisi ya evdeki kitablardan, qezetlerden, ya da kitabxanaya baş çekib, oradakı avadanlıqlardan köçürür, kimisi ise cüretlenib, özü yazır. Düzdür, sonuncuya nadir hallarda rast gelinir, lakin statistika xetrine belelerinin olduğunu demeliyik. Siyahıda adını çekmediyim bir deste kesler de mövcuddur ki, onlar ümumiyyetle heç ne hazırlamırlar ve dersde ya gözlerini döyerek otururlar, ya da heç iştirak etmirler.

Yoxlama ders prosesinde her kes hazırladığı inşanı yoxlama defterine köçürmekle meşğul olur ve etiraf edim ki, onlar bunu çox maraqlı üsullarla gerçekleşdirirler. Meselen, bizim sinifde bezi qızlar tenbellik etmeyib, bütün inşanı ya partanın üstüne, ya da taxta divara köçürerdiler ve sonra rahatca, eziyyet çekmeden inşalarını yazırdılar. Bir başqaları ise inşanı el desmalına köçürmekden bele çekinmirdi. Digerleri ise xırda kağızlarda yazdıqları inşaları ya paltarlarının bir yerinde, ya da ayaqqabılarının içinde gizlederdiler. Oğlanların çoxu ise hec veclerine de almazdı, inşanın yazıldığı kağızı partanın altından tutaraq gizlince köçürerdiler.

Bes, eslinde bütün bunların kökünde ne dururdu? Niye Azerbaycan şagirdi inşa yaza bilmir? Meger, 15-18 yaşlı genc o qeder acizmidir ki, müeyyen mövzular etrafında serbest fikrini ifade ede bilmir?

Xeyr, elbette ki, xeyr. Sebebi başqa yerde axtarmaq lazımdır – ele inşaların özünde.

Orta mekteblerimizde her tehsil ilinde 8-10 yoxlama inşa yazılır ki, onların yarısı Azerbaycan dilinden, yarısı ise edebiyyat fenninden olur. Lakin bundan elave, adı çekilen birinci fenn üzre her rüb 2-3 inşa da yazılır ki, onlar ev tapşırığı formasında şagirdlere hevale edilir.

Men bu gün yalnız Azerbaycan dilinden olan inşaların mövzularından danışacam. Çünki hesab edirem ki, problemin bu sahede araşdırılması sizleri onun mahiyyetinden kifayet qeder hali edecekdir. Bu fennin inşalarının adları olduqca bayağı ve sünidir. Onları eşitcek, onsuz da, dilimizin qrammatikasının her xırdalığını, inceliyini öyrenmekden usanmış şagirdleri soyuq ter basır, onlarda tehsile, fenne ikrah hissi oyadır. Bunun eyani sübutu kimi sizinle natamam ali tehsili, yeni 9-cu sinfi bitirerken Azerbaycan dilinden imtahana salınan 50-e yaxın inşanın mövzularına nezer salacıq. İmtahan biletlerinde, adeten, üç mövzu yer alır ki, şagirdler üç saat erzinde onlardan biri barede hecmi iki sehifeden çox olmaqla gözel, belağetli bir inşa yazmalıdırlar. Lakin heç kes bunu bacarmadığından hamı toplu halında köçürmekle meşğul olur.

Elliye yaxın inşanın içinde siyahıda olmağa layiq yalnız bir neçe mövzu var. Qalanları ise “kommunizmin tör-töküntüleridir” desek, yanılmarıq.

VETEN MÖVZUSU. Bu gün Azerbaycan cemiyyetinde süni vetenperverliyin hökm sürmesinde, belke de, bu inşalar da günahkardı. Orta mekteb bu gün şagirde serbest şekilde Vetenin ne olduğu, onun üçün ne anlam daşıdığını fikirleşemeye, düşünmeye icaze vermir. O, bunu dolayısı ile qadağan edir, bizi şablon cümlelerden, qurumuş ifadelerden istifade etmeye sövq edir: Odlar yurdu; Torpaq uğrunda ölen varsa, vetendir; Veten mene oğul dese, ne derdim?; Azerbaycan bütün dünya azerbaycanlılarının vetenidir; Veten qarşısında öz borcumu nede görürem?; Veteni sevmeyen insan olmaz, Olsa da, ol şexsde vicdan olmaz ; Deyirem, vetenin birce qış günü, Yaxşıdır qürbetin yüz baharından; Yoxsa da dünyanın ucu bucağı, Her yerden istidir ana qucağı. İnandırım sizi, baxmayaraq ki, men bütün bu sınaqlardan, eziyyetlerden keçmişem, gözüm hele de bu inşalara öyreşmeyib ve bu gün bunların adını çekerken qıcıqlanıram. Sizler özünüzü bir anlığa parta arxasında eyleşmiş şagird yerine qoyun ve fikirleşin ki, bu mövzuların her birinden inşa yazmalısınız. Nece de sıxıcıdır, elemi? Jurnalistika fakultesinde oxuyan telebeler bele, bu cür çeynenilmiş mövzulardan imtina ederdiler.

Eger tehlile baş vursaq, menim üçün şagirdin “Odlar yurdu”, “Azerbaycan bütün dünya azerbaycanlılarının vetenidir”, “Veten mene oğul dese, ne derdim?” başlıqlı inşaları nece yazması meqamı çox maraqlıdır. Siyahıdakı son iki inşanı ise 15 yaşlı gence tapşırmaq gülüncdür. Axı, xarici ölkede hele uzun müddet yaşamamış ve ya heç olmamış genc neye göre şeirde ifade olunan fikirle razılaşmalıdır? Belke, bu genc gelecekde xarici ölkede yaşamağı, ömrünü orada torpağa tağşırmağı üstün tutacaqdır? Ve ya “Veteni sevmeyen insan olmaz, Olsa da, ol şexsde vicdan olmaz”. Belke, kimse öz Vetenini sevmir, onda o, vicdansız olacaq? Axı, her bir vetendaşın sevib-sevmemek hüququ vardır.

QEHREMANLIQ MÖVZUSU. Bura aid olan inşalar: Qehremanlar ölmürler; Merdlik mübarizede yaranır; Milli qehremanlarımız; El igidleri ile tanınar. Göründüyü kimi bu mövzular da olduqca cansıxıcı ve yorucudur. Onu da qeyd edim ki, azerbaycanlı şagird Çingiz Mustafayevden başqa heç bir milli qehremanımızı tanımır ve çox zaman Koroğludan, Nebiden dem vururlar. Ola biler ki, inşaları tertib edenler düşünürler ki, şagirdler bu cür inşaları yazarken kimlerinse adlarını öyrenib bilecekler. Lakin men tertibatçılara teessüfle bildirmek isteyirem ki, gümanları sehv çıxıb ve çıxmalıydı da. Çünki, her hansı bir inşanı yazmazdan evvel hemin şexsde bu yazını yazmağa maraq olmalıdır. Bu cür mövzulardan behs eden inşalara maraq yaratmaq ise bugünkü heyatımızda real görünmür.

İNSAN MÖVZUSU. Düzü, belke de, ad seçimi ele de uğurlu deyil, amma bacardığım şekilde inşaları tesnif etmeye çalışıram. Bu mövzu etrafında bir neçe inşa var: Biz vetenin sabahıyıq. İnsan insanın dostudur. Valeh olduğum insan. Heyatda kimden nümüne götürürem. Dostluq qırılmaz zencirdir. Heç kes unudulmur, heç kes yaddan çıxmır. Burada en diqqetçekeni “Heyatda kimden nümüne götürürem”dir. Amma bu adda inşa daha çox ibtidai sinif şagirdlerine hevale edilseydi düzgün olardı.

QARIŞIQ MÖVZULAR. Bura Qarabağ, elm, emek ve s. bağlı inşalar daxildir. Onlardan bir neçesinin mövzuları çox ilgincdir: “Dünya azerbaycanlılarının birlik ve hemreyliyi her il bayram edilir.”, “İpek yolu tariximizidir”, “Ana haqqı, tanrı haqqı”. Yene, 15 yaşlı gencin bu barede ne yazacağı, hansı özel fikirlere sahib olacağı menim üçün maraqlıdır.

Azerbaycan dilinden şagirdlerin yazmalı olduqları inşaların mövzuları ile tanış olduqdan sonra sizi ABŞ ve Avropada yaşayan 15-18 yaşlı genclerin yazdıqları inşaların mövzuları ile melumatlandıracam. Nezerinize çatdırım ki, 10-cu ve 11-ci siniflerde bayaq sadaladığımız inşalar yeniden şagirdlerin görüşüne gelir ve yene yazıq mekteblilerin zehlesi tökülür.

Ana dili ingilis dili olmayanların bu dil üzre biliklerini yoxlamaq üçün bir neçe beynelxalq test proqramları mövcuddur. Onlardan en geniş yayılanı TOEFL testidir. Bu testin bir hissesi kimi TWE de var ki, burada ingilis dilinde yazı seviyyesi yoxlanılır. İmtahan zamanı iştirakçılardan teqdim olunan mövzu etrafında en azı birsehifelik inşa yazmaq teleb olunur. Xatırladım ki, Bakıdakı Amerikan Konsulluğu her il bu ölkenin orta mekteblerinde bir il pulsuz tehsil almaq üçün 9, 10, 11-ci sinif şagirdleri arasında FSA/FLEX imtahanları teşkil edir. Üç turdan ibaret olan bu imtahanın ikinci turunda şagirdler TOEFL testlerini de vermeli olurlar ki, TWE de bura daxildir. Bu testin teklif etdiyi bir neçe inşa mövzusuna nezer salaq:

• Bezileri hesab edirler ki, avtomobiller müasir heyatımızı asanlaşdırıb. Digerlerinin qenaetine göre ise, avtomobiller ciddi problemlere sebeb olmuşdur. Sizin fikriniz necedir? (Bu ve bütün diger mövzuların sonunda yazıçılardan fikirlerini esaslandırmaq teleb olunur)
• Heyatda uğur qazanmaq üçün insan en çox hansı keyfiyyetlere sahib olmalıdır (bilik, istedad, yumor hissi ve s.) ?
• Aşağıdakı fikirle razısınızmı? İnsan heç vaxt vacib qerarları tekbaşına vermemelidir.
• İnsanlar pul qazanmaq üçün işleyirler. Bes, sizce, işlemeyin başqa hansı sebebleri var?
• Aşağıdakı fikirle razısınızmı? İnsanlar müxtelif üslubda geyinende davranışları da deyişir. Siz deyişik paltarların insanların davranışlarına tesir etdiyi ile razılaşırsınızmı?
• Yaşadığınız şeher rehberliyi ölkenin en meşhur şexslerinden birinin şerefine şeherde heykel qoymaq isteyir. Siz bu şexsin kim olmasını isterdiz? Niye?
• Hediyye (oyuncaq, futbol topu ve s.) uşaqların inkişafına müsbet tesir gösterir. Bes, sizin elinizde imkan olsaydı, uşağa hansı hediyye vererdiz? Niye?
• İnsanlar başqa ölkeye köçdükde onların bezileri yeni ölkenin adetlerini menimsemeye çalışırlar. Digerleri ise öz milli adetlerini saxlamağı üstün bilirler. Bu iki seçimi müqayise edin. Siz hansın seçerdiz?

Bu gün qerb tehsil sisteminin şagirdlerden teleb etdiyi standartlar budur - mekteblilerin serbest fikir ireli sürmelerine, eqli inkişafına, yaradıcılıq qabiliyyetine yardımcı olacaq, onları derslerde daha feal iştirak etmelerine tekan verecek sade, besit inşalar. Bütün öyrencilerin de istedikleri artıq qeliblenmiş mövzulardan vaz keçmek, 3-4 sehife mecburi yazı yazmaqdan xilas olmaqdır. Ümid edirem, meqale ile tanış olduqdan sonra, müeyyen tehsil orqanları bu probleme daha da diqqet yetirerler.

En sonda qeyd etmeliyem ki, ne qeder de olsa, men de orta mektebde “normal” mövzulu inşa yazmaq şerefine nail olmuşam. Bele ki, 11-ci sinifde, bir defe yene inşa yazmalı olduğumuz gün müellim mövzunun adının “Men Tehsil Naziri olsaydım...” olduğunu söyleyir. Bütün sinif teeccüb içinde idi...

İnandırım sizi, növbeti ders gününde “beş” alan Ayselden, “iki” alan Cavanşire kimi hamı bu yazını bir sehife de olsa, qeleme almışdı. Azerbaycan dili dersi hele bu qeder maraqla qarşılanmamışdı. Bizler sebirsizlikle ayağa durub, öz inşasını oxuyan sinif yoldaşımıza qulaq asırdıq. Her kes, sanki, öz yazısına öz şexsi malı kimi baxır, özünü yazdıqlarına cavabdeh hiss edirdi. Söylenilen fikirlerden ancaq biri en orijinal ve qeyri-adi idi. Nergiz öz yazısında tehsil naziri olsaydı, bütün özel institutları bağlayacağını deyirdi. Elbette, bu fikir gülmeli de olsa, tebii idi ve bu kimi inşaların kasadlığından bugünkü 11-ci sinif şagirdinin, 18 yaşlı Azerbaycan vetendaşının ictimai mövzularda nece primitiv ve mentiqsiz düşüncelere sahib olduğunu eyani sübut edirdi.

Moskva
Iyun 2006





--------------------
КОГДА-ТО ОДИН ФИЛОСОФ НА ВОСТОКЕ ВЫШЕЛ НА УЛИЦУ, И ЗАКРИЧАЛ: KISHI AXTARIRAM!
Пользователь в офлайнеКарточка пользователяОтправить личное сообщение
Вернуться в начало страницы
+Ответить с цитированием данного сообщения

Сообщений в этой теме
WhiTe_KniGhT   Произведения Самеда Сафарова.   26.06.2005, 20:07
WhiTe_KniGhT   QARA GEYIMLI SHAIR Qaranliq otaqda, oz genish c...   26.06.2005, 20:11
Xari-bulbul   Спасибо за рассказ! Он заставляет задуматься над ...   27.06.2005, 21:28
Vita   Большое спасибо Вам, WhiTe_KniGhT! Будем с нетерп...   27.06.2005, 22:12
WhiTe_KniGhT   Cox sag olun. Sevinirem ki, xoshunuza gelibdir. ...   28.06.2005, 00:12
Xari-bulbul   Хмм... WhiTe_KniGhT обещал разместить тут свой сл...   10.09.2005, 23:12
WN   Salam. Bagishlayin, Moskvaya gelenden internet pro...   11.11.2005, 22:40
Xari-bulbul   Ну неужели Вы вернулись?! :D А мы тут ждём, ко...   11.11.2005, 23:39
Vita   Ну неужели Вы вернулись?! :D А мы тут ждём, ко...   12.11.2005, 21:46
WN   Ordan-burdan... [size=3][b]Pencereden baxarken......   05.12.2005, 17:32
Xari-bulbul   Sağ ol, White Knight! Пока читала Ваш ра...   05.12.2005, 23:17
WN   Yox, men ingilis dilinde ozume leqeb goturmerem...   05.12.2005, 23:48
HERDEMXEYAL   salam White Knight yeni Aq Ikid по русский это...   05.12.2005, 23:57
WN   Cox sag ol, artiq sesim iki defe Amerikadan geli...   06.12.2005, 00:46
WN   Bakıya Zeng Çay içmek istemi...   01.01.2006, 19:29
Ch@rm   [size=4][b]Bakıya Zeng Çay içmek...   16.06.2006, 23:06
Xari-bulbul   WN, спасибо за Ваш очередной рассказ, понравился. ...   01.01.2006, 20:42
Айтан   Чох гёзял хекяйядир :( ян хошладыгым йер бу олду...   09.01.2006, 15:15
ilmar   Чох гёзял хекяйядир Temamile raziyam. Cox go...   09.01.2006, 16:03
Xari-bulbul   Приятно, что есть такая возможность спросить непо...   24.01.2006, 19:56
WN   Eserler tenqid olunarken tenqidciler ve ya edebiyy...   27.01.2006, 13:30
WN   13 [i][right]“Eger isteseydik, gözlerini b...   18.03.2006, 22:10
Xari-bulbul   Спасибо за рассказ. :( У Вас все рассказы очень г...   18.03.2006, 23:12
WN   Xari-bulbul pishet: Почему так должно было слу...   19.03.2006, 22:09
WN   "13" na "YeniSi": http://www....   21.03.2006, 14:50
WN   [b]Qızılgül Seher saat 8-de yola ...   07.04.2006, 15:16
Xari-bulbul   Отлично! :) Рассказ и грустный (как всегда......   07.04.2006, 22:04
WN   Spasibo 4to potratili svoye zolotoe vremya na cten...   07.04.2006, 23:56
afia   если бы еще и перевели эти шикарные рассказы, то я...   09.04.2006, 03:16
WN   afia pishet: Pojalusta :) http://www.polyglo...   09.04.2006, 04:13
Fatishka   [i][b] Интересная история с печальным концом :( М...   09.04.2006, 23:22
WN   Fatishka: Vam spasibo :rolleyes:   09.04.2006, 23:30
WN   Ne bilo ni4ego delat i ya pomestil sdes nekotoriye...   10.04.2006, 00:40
Xari-bulbul   Прочитала Ваш рассказ "Silence", печальн...   10.04.2006, 13:40
WN   Spasibo 4to procitali :rolleyes: Pocemu o viros...   10.04.2006, 13:50
WN   Koqda po nocam ne spitsa v Moskve zanimaemsya cem...   16.06.2006, 21:25
WN   Vam spasibo cto procitali :)   16.06.2006, 23:45
WN   [b]İnşa mövzuları Azerbaycanda...   19.06.2006, 11:53
Aminazinka   а когда будет что-то новое почитать? :(   19.06.2006, 12:08
WN   Aminazinka pishet: Oy...oy.. :rolleyes: Insha...   19.06.2006, 18:49
WN   Da, v 19 Iyunya ya vam skazal cto sobirayus pisat ...   01.08.2006, 09:44
S.S   Хачапури по-африкански Кофи вытащил деньги из к...   07.11.2006, 02:15
Fatishka   [i][b]спасибо Вам! немного печальная история, ...   08.11.2006, 15:29
S.S   [i][b]спасибо Вам! немного печальная история,...   09.11.2006, 00:47
S.S   [center]Утверждает Перейра В одном из московских...   13.01.2007, 02:22


Ответить в эту темуОткрыть новую тему
1 чел. читают эту тему (гостей: 1, скрытых пользователей: 0)
Пользователей: 0

 



Текстовая версия Сейчас: 22.10.2014, 09:21
Администрация форума Вirlik не несёт ответственности за сообщения и размещенные материалы на форуме.
Всё написанное является частным мнением независимых пользователей форума.